Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Tiflisə işgüzar səfərə gələn Almaniya, Latviya, Litva, Polşa, Finlandiya, Fransa, İsveç və Estoniya parlamentariləri ilə görüşdən imtina edib.
AzerTimes xəbər verir ki, bu barədə Papuaşvili özünün Feysbuk səhifəsinədə yazıb.
“Mən bəzi Avropa Birliyi ölkələrinin parlament üzvlərindən ibarət nümayəndə heyətinin Gürcüstana səfərinə təəccüblənmədim. Amma nümayəndə heyətinin bəzi üzvlərinin Gürcüstanın siyasi və parlament rəhbərliyi ilə görüşmək niyyətinə doğrudan da təəccübləndim, baxmayaraq ki, onlar dəfələrlə Gürcüstan hakimiyyətinə və cəmiyyətinə qarşı dost olmayan mövqe nümayiş etdiriblər”, – Papuaşvili bildirib.