Xəbər - Orxan Nəbiyev – Trend:
Papua-Yeni Qvineyada Rixter cədvəli ilə 5,5 bal gücündə zəlzələ olub.
AzerTimes-ın məlumatına görə, zəlzələnin episentri 26 mindən çox əhalinin yaşadığı Kokolo şəhərindən 23 kilometr cənub-qərbdə qeydə alınıb.
Hər hansı bir itki və ya fəsadlar barədə məlumat verilməyib.
Xatırladaq ki, bir neçə gün əvvəl İndoneziyada və Filippində 7 bal gücündə zəlzələlər qeydə alınmışdı.