Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ oldu

Papua-Yeni Qvineyada 6 bal gücündə zəlzələ oldu

Papua-Yeni Qvineyaya məxsus Yeni Britaniya adası sahillərində 6 bal gücündə zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi seysmoloji mərkəzi məlumat yayıb.

Yeraltı təkanın episentri Kokopo şəhərindən (Yeni Britaniya adası) cənub-şərqə doğru 94 km məsafədə yerləşib. Zəlzələ yerin 58 km dərinliyində meydana gəlib.

Sunami təhlükəsi elan edilməyib.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

Teqlər: