Papua Yeni Qvineyanın şərqində baş verən torpaq sürüşməsi 5 nəfərin ölümünə səbəb olub.
AzerTimes-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Radio New Zealand” radiostansiyası xəbər yayıb.
Hadisə Bulolo şəhəri (Morobe əyaləti) yaxınlığında baş verib. Yaxınlıqdakı çayda suyun kəskin artmasına səbəb olan torpaq sürüşməsindən sonra dağıntılar altından üç ölən yetkinin və iki uşağın cəsədləri çıxarılıb.
İtkin düşmüş sayılan daha üç nəfərin axtarışı davam etdirilir.