Papua – Yeni Qvineya sahillərində 5,7 bal gücündə zəlzələ baş verib.
AzerTimes-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Madanq şəhərindən 204 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib. Sunami təhlükəsi yoxdur.