Ermənistan müdafiə nazirinin müavini Karen Brutyan artıq 3 gündür ki, Hindistanda səfərdədir.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Ermənistan MN nədənsə səfərin sonuncu günündə yayıb.
Bildirilib ki, martın 11-dən Hindistana gedən Brutyan bu ölkənin müdafiə nazirinin hərbi sənaye üzrə müavini Anuraq Bajpa, Müdafiə Nazirliyinin baş katibi (beynəlxalq əməkdaşlıq) Veşveş Neqi, Hindistan Xarici İşlər Nazirliyinin katibi (nazir müavini) Pavan Kapur və Baş nazirin Milli Təhlükəsizlik Şurası katibinin hərbi məsələlər üzrə müşaviri Sandip Sinqh ilə görüşüb.
Görüşdə müdafiə sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.