Papikyanın KTMT iclasından imtina edib, Brüsselə getməsi…

Papikyanın KTMT iclasından imtina edib, Brüsselə getməsi…

Ermənistan ərazisində Avropa Birliyinin qondarma müşahidə missiyası fəaliyyət göstərir, onun onurğasını diplomatik pərdə altında Qərb kəşfiyyatçıları təşkil edir, sonra isə ora nizami hərbi personal da gətirildi.

AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

O bildirib ki, bu, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun AB-nin Ermənistandakı missiyasının NATO missiyasına çevrildiyini birbaşa bəyan etməsinə əsas verdi:

“Lavrov qeyd etdi ki, indi Norveç, Kanada və ABŞ-dan hərbi personal da ora göndərilir və AB missiyası NATO missiyasına çevrilir. AB-nin bu missiyasının kəşfiyyat və təxribat fəaliyyətinin miqyası həm onun sayını artırmaq, həm də Ermənistan ərazisində getdikcə daha çox yeni rezident missiyalar açmaq və təsir agentləri cəlb etməklə genişləndirilir”.

Korotçenkonun sözlərinə görə, KTMT ilə tərəfdaşlığın dayandırılması fonunda İrəvan Rusiyaya düşmən olan dövlətlərlə qarşılıqlı əlaqəni xeyli artırıb:

“Bu baxımdan Ermənistanın müdafiə naziri Suren Papikyanın son xarici səfərlərinin coğrafiyası açıq göstəricidir. Məsələn, o, KTMT Müdafiə Nazirləri Şurasının Almatıda keçirilən iclasını nümayişkaranə şəkildə iqnor etdi, əvəzində məhz həmin vaxt Belçikaya səfərə getdi və burada AB və tərəfdaş ölkələrin müdafiə nazirləri ilə Avropa təhlükəsizliyi məsələlərini müzakirə etdi. Bundan əlavə, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Suren Papikyan və Avropa Birliyi Hərbi Komitəsinin sədri general Robert Briger müdafiə sahəsində Ermənistan-AB əməkdaşlığının konkret sahələrini müzakirə ediblər. Papikyan Ermənistan silahlı qüvvələrində aparılan islahatların gedişatını da Qərb tərəfdaşlarına təqdim edib”.

Teqlər: