Ermənistanın müdafiə naziri Suren Papikyan ani yoxlama ilə daha bir hərbi hissəyə baxış keçirib.
AzerTimes xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Papikyan hərbi hissədə zabitlərlə söhbət edib, şikayətləri dinləyib, onlara aparılan islahatlar barədə məlumat verib.
Nazir ümumi baxış zamanı əsgər və zabitləri nizam-intizamlı olmağa çağırıb, əlverişsiz hava şəraitində və çətin relyefdə xidmət zamanı şəxsi heyətdən xüsusi ayıq-sayıqlıq tələb olunduğunu bildirib.