Ermənistanın müdafiə naziri Suren Papikyan Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə ikitərəfli görüş keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Papikyan özü məlumat verib.
Görüş İrəvanda KTMT-nin sammiti çərçivəsindəki iclasdan sonra baş tutub.
“Biz Sergey Şoyqu ilə ikitərəfli maraq doğuran bir sıra məsələlər, eləcə də müdafiə sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi apardıq”, – Papikyan bildirib.