Papikyan Sinqh ilə hərbi əməkdaşlığı müzakirə etdi

Papikyan Sinqh ilə hərbi əməkdaşlığı müzakirə etdi

Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanın İrəvandakı yeni səfiri Nilakşi Saha Sinqh ilə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Həmsöhbətlər regional təhlükəsizliklə bağlı bir sıra məsələləri də müzakirə ediblər. Nazir Ermənistan və Hindistan arasında ikitərəfli tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu qeyd edib. Səfir öz növbəsində Hindistan tərəfinin İrəvanla əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib”, – məlumatda deyilir.

Teqlər: