Papikyan: Ordudakı qeyri-döyüş ölümlərinin səbəbləri

Papikyan: Ordudakı qeyri-döyüş ölümlərinin səbəbləri

Bizim səylərimizə baxmayaraq, orduda qanundankənar münasibətlər (“dedovşina”) nəticəsində ölüm halları hələ də qeydə alınır.

AzerTimes xəbər verir ki, bunu Ermənistanın müdafiə naziri Suren Papikyan İctimai Televiziyaya müsahibəsində deyib.

“2024-cü ildə məqsədimiz belə halların sayını sıfıra endirmək olacaq. “Dedovşina” ilə bağlı halların olması faktından qaçmırıq. Problemin kökünü müəyyən etmək üçün həll yolu axtarırıq və digər orqanlarla əməkdaşlıq edirik. Bu ardıcıl iş öz nəticəsini verəcək.

Hərbi qulluqçuların qeyri-döyüş şəraitində həlak olması ciddi problemdir. Eyni zamanda, statistikaya yol-nəqliyyat hadisələri nəticəsində hərbi qulluqçular arasında itkilərin sayı (2023-cü ildə 12, 2022-ci ildə 17 hadisə) daxildir”, – Papikyan əlavə edib.

Teqlər: