Papikyan Nikos Dendias ilə görüşdü

Papikyan Nikos Dendias ilə görüşdü

Martın 4-də Ermənistan müdafiə naziri Suren Papikyan İrəvana səfərə gəlmiş Yunanıstan müdafiə naziri Nikos Dendiası qəbul edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Müdafiə Nazirliyinin inzibati kompleksində fəxri qarovul dəstəsinin və hərbi orkestrin iştirakı ilə Nikos Dendiasın təntənəli qarşılanma mərasimi olub.

Ermənistan və Yunanıstanın himnləri səsləndirilib.

Teqlər: