Azərbaycan və Ermənistan arasında döyüş olub. Ölən və yaralılar var. Yaralılar arasında Ermənistan ordusunun korpus komandiri də yer alır. Laçın yolu ərazisində eskalasiyanın olması ehtimalı artır. Bu, bir neçə saatlıq atışma deyil. Amma indi böyük müharibənin olacağını düşünmürəm.
AzerTimes xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov Azərbaycan-Ermənistan sərhədində baş verən dünənki döyüşləri şərh edərkən deyib.
“Ermənistanın müdafiə naziri hərbi əməliyyatları birbaşa Brüsseldən, dostluq səfərində olduğu NATO-nun qərargahından idarə edir. Aydındır ki, Ermənistanın belə müdafiə nazirinə nə Rusiya, nə də KTMT kömək edəcək”, – o bildirib.