Ermənistanın müdafiə naziri Suren Papikyan istefaya getməyəcəyini bildirib.
AzerTimes xəbər verir ki, Papikyan bu barədə jurnalistlərə Baş nazir Nikol Paşinyanla fikir ayrılığı ilə bağlı vaxtaşırı mətbuatda çıxan yazıları şərh edərkən deyib.
“Mən istefa vermək fikrində deyiləm və orduda islahatlar prosesini başa çatdırmaq niyyətindəyəm”, – nazir qeyd edib.