Ermənistanın müdafiə naziri Suren Papikyan Hindistanın İrəvandakı səfiri Nilakşi Saxa Sinxa ilə müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə edib.
AzerTimes xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş zamanı ikitərəfli əməkdaşlığın gedişi, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.
Qeyd edək ki, son aylar Hindistan Ermənistanla hərbi əməkdaşlığı genişləndirib, bu ölkəyə silah satır.