Ermənistan müdafiə naziri Suren Papikyan İrəvanda səfərdə olan Hindistan Milli Müdafiə Kollecinin komandiri, general-leytenant Sinqh Dahiya ilə görüşüb.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı Papikyan Ermənistan-Hindistan əməkdaşlığının inkişafı və müdafiə sahəsində perspektivlər barədə məlumat verib.