Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Olivye Dekottini ilə görüşüb.
AzerTimes erməni mediasına istinadən xəbər verir ki, tərəflər Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti müzakirə ediblər.
Onlar həmçinin təhlükəsizliklə əlaqədar bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıblar.