Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Ann Luyonu qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
“Görüşdə müdafiə sahəsində Ermənistan-Fransa əməkdaşlığı və regional təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə olunub. Səfir Luyonun xahişi ilə Papikyan Ermənistan-Azərbaycan sərhədindəki son vəziyyətlə bağlı məlumatı təqdim edib”, – məlumatda deyilir.