Avqustun 23-də Ermənistan müdafiə naziri Suren Papikyan Fransanın bu ölkədəki səfiri Olivye Dekotinini qəbul edib.
AzerTimes xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, görüşdə Ermənistan və Fransa arasında müdafiə sahəsində hazırkı proses və qarşıdan gələn əməkdaşlıq proqramları ilə bağlı məsələlərdən danışılıb. Həmçinin, Ermənistan ordusunda aparılan islahatlar müzakirə olunub.