Papikyan cəbhə xəttinə “qəfil” səfər etdi

Papikyan cəbhə xəttinə “qəfil” səfər etdi

Bu gün səhər saatlarında Ermənistan müdafiə naziri Suren Papikyan gözlənilmədən N saylı hərbi hissəyə baş çəkib.

AzerTimes xəbər verir ki, o, bu barədə Feysbukda yazıb.

“Komandir heyətin müşayiəti ilə hərbi hissələrin ərazisini gəzib, gün ərzində müəyyən edilmiş işlərin icrasının gedişini, kazarma şəraitini izləyib, müvafiq tapşırıqlar verdim.

Yoxlama çərçivəsində döyüş növbətçiliyinə hazırlaşan çağırışçılarla da görüşdüm. Hərbi hissələrin ərazisində aparılan quruculuq işləri ilə tanış oldum, onların gedişatını izlədim. Cəbhə xəttində də oldum, mühəndislik işlərinin gedişini, mövqelərin düzülməsini izlədim”, – Papikyan qeyd edib.

Teqlər: