Ermənistanın müdafiə naziri Suren Papikyan fevralın 19-da Birləşmiş Ərəb Əmirliklərində “İDEX AND NAVDEX 2023” sərgisi çərçivəsində keçirilən Beynəlxalq Müdafiə Forumunun açılışında iştirak edib.
AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Forum zamanı təhlükəsizlik və müdafiə sahəsində mövcud çağırışlar və onların həlli yolları müzakirə olunacaq.