Papikyan ABŞ səfiri ilə “işçi nahar” etdi

Papikyan ABŞ səfiri ilə “işçi nahar” etdi

Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ səfiri Kristina Kuin ilə qarşılıqlı əlaqəni müzakirə edib.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yanvarın 18-də ABŞ səfirinin dəvəti ilə Papikyan onunla işçi nahar edib:

“Həmsöhbətlər müdafiə və regional təhlükəsizlik sahəsində Ermənistan-Amerika əməkdaşlığını, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə ediblər”.

Teqlər: