Roma Papası Fransisk Ukrayna üzrə iyunda İsveçrədə keçiriləcək sülh konfransına yalnız Rusiyanın da dəvət olunması şərti ilə qoşulmağa hazır olduğunu bildirib.
AzerTimes xəbər verir ki, bunu Rusiya Ümumdünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov deyib.
Bildirilir ki, Papanı konfransa İsveçrə Prezidenti Viola Amherd dəvət edib.
Qeyd edək ki, konfransın 15-16 iyun tarixlərində Luzern şəhəri yaxınlığında keçirilməsi planlaşdırılır.