Roma Papası Fransiskin Ukrayna üzrə elçisi kardinal Matteo Dzuppi Moskvaya səfər edib.
AzerTimes xəbər verir ki, bu barədə “RİA Novosti” Vatikandakı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, Dzuppi Moskva və Bütün Rusiyanın patriarxı Kirillə görüşəcək.
Agentlik digər mənbəyə istinadla xəbər verir ki, Dzuppi Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.