Roma Papası Fransisk Rusiya Prezidenti Vladimir Putinlə görüş üçün Moskvaya gəlməyə hazırdır.
AzerTimes xəbər verir ki, bunu Dünya Möminlər Birliyinin rəhbəri Leonid Sevastyanov deyib.
“Papanın Rusiya ilə Qərb arasında qarşıdurmanın sülh yolu ilə nizamlanmasına dair təklif planı var. O, Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq istəyini, Moskvaya gəlməyə hazır olduğunu təsdiqləyib”, – Sevastyanov bildirib.