Roma Papası Fransisk Rusiya və Ukrayna prezidentlərini münaqişəyə son qoymağa çağırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Vatikan Nyus” məlumat yayıb.
Fransisk Rusiya Prezidenti Vladimir Putini təcavüz və ölümləri dayandırmağa, Ukrayna Prezidenti Vladimir Zelenskini isə ciddi sülh təkliflərinə razılaşmağa dəvət edib.