“Papa John’s” pizzeriya şəbəkəsi Rusiyada əməliyyatlarını dayandırır

ABŞ-ın “Papa John’s International Inc” pizzeriya şəbəkəsi
Rusiyadakı bütün korporativ əməliyyatlarını dayandırdığını elan
edib.

Trend xəbər verir ki, bu barədə şirkətin cümə axşamı yaydığı
bəyanatda deyilir.

Qeyd olunur ki, şirkət bütün əməliyyat, marketinq və biznes
dəstəyini, eləcə də Rusiya bazarı ilə qarşılıqlı əlaqəni
bitirib.

Həmçinin bildirilir ki, şirkətin Rusiyada restoranı yoxdur və
bütün ticarət nöqtələri “françayzi”lər tərəfindən idarə olunur. Bu
o anlama gəlir ki, artıq heç bir sahibkar Rusiya ərazisində “Papa
John’s International Inc” əmtəə nişanı altında fəaliyyət göstərə
bilməyəcək.

Teqlər: