Papa Fransiskin səhhəti barədə açıqlama yayıldı

Papa Fransiskin səhhəti barədə açıqlama yayıldı

Bir gün əvvəl xəstəxanaya yerləşdirilən Papa Fransiskin vəziyyəti yaxşılaşır, xəstəxanada müalicəsi davam edir.

AzerTimes xəbər verir ki, bunu Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni deyib.

“Klinik mənzərə getdikcə yaxşılaşır və planlı müalicə davam edir. Papa yaxşı dincəldi, səhər yeməyindən sonra bir neçə qəzet oxudu və işə qayıtdı. Nahardan əvvəl o, kiçik xəstəxana ibadətgahına getdi, orada dua etdi”, – o bildirib.

Teqlər: