Rusiya tərəfindən ukraynalı əsirlərin azad edilməsi və ya dəyişdirilməsi, həm də Roma Papası Fransiskin göndərdiyi siyahılar nəzərə alınmaqla baş verir.
AzerTimes xəbər verir ki, bunu Rusiyanın Vatikandakı səfiri Aleksandr Avdeyev deyib.
“Bu məsələdə biz pontifikin şəxsi addımlarını yüksək qiymətləndiririk. Bu, yüzlərlə insanın ailələrinə qaytarılmasını təmin edən çox əhəmiyyətli bir humanitar missiyadır”, – Avdeyev bildirib.