Tərksilah beynəlxalq ictimaiyyətin mənəvi borcudur.
AzerTimes xəbər verir ki, bunu Roma Papası Fransisk deyib.
“Böyük miqdarda resurs hərbi məqsədlər üçün xərclənir. Ümid edirəm ki, beynəlxalq ictimaiyyət tərksilahın ilk növbədə vəzifə olduğunu başa düşəcək. Silahsızlanma mənəvi borcdur. Qorxu tarazlığından inam tarazlığına keçmək böyük millətlər ailəsinin bütün üzvlərindən cəsarət tələb edir”, – Papa bildirib.