Roma Papası Fransisk bütün dünyanı Yeni il münasibətilə təbrik edib.
AzerTimes xəbər verir ki, Papa ənənəvi bazar günü çıxışında Roma-katolik kilsəsinin qeyd etdiyi 1 yanvar Ümumdünya Sülh Günündə insanları sülhə çağırıb.
“Bu gün ölüm və dağıntı səpən müharibənin yolverilməzliyi getdikcə daha aydın hiss olunur. Ümidimizi itirmirik. Pandemiya təcrübəsi bizə öyrədir ki, heç kim təkbaşına xilas ola bilməz, amma birlikdə sülh və inkişaf yollarında gedə bilərik. Müharibəyə yox! Silahlanma yarışına yox!”, – Papa bildirib.