Ermənistan və Azərbaycan hərbçilərinin azad edilməsinə sevindim.
AzerTimes xəbər verir ki, bunu Roma Papası Fransisk ənənəvi bazar günü xütbəsi zamanı deyib.
“Mən xeyli sayda erməni və azərbaycanlı hərbçinin azad edilməsindən məmnunam və Ermənistan və Azərbaycan arasında münasibətlər üçün bu müsbət siqnala böyük ümidlə baxıram. Mən tərəfləri və onların liderlərini sülh müqaviləsin mümkün qədər tez bağlamağa çağırıram”, – Papa bildirib.
Qeyd edək ki, dekabrın 7-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayaraq, bir sıra razılıqların əldə olunmasını elan ediblər. Belə ki, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı hərbçini azad edir.