Pandemiyaya görə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 30 faiz azalıb

Xəbər - Samir Əli – Trend:

Ali Məhkəmənin icraatında 2020-ci ildə 2019-cu ilə nisbətən az iş olub.

Ali Məhkəmədən AzerTimes-a verilən məlumata görə, bu səbəbdən baxılmış işlər – Mülki Kollegiyada 34,6 faiz, Kommersiya Kollegiyasında 47,4 faiz, İnzibati Kollegiyada 29,5 faiz, Cinayət Kollegiyasında 41 faiz azalıb. Ümumiyyətlə, Ali Məhkəməyə daxil olmuş işlərin sayı 29,9 faiz azalıb.

Plenumda 2019-cu ildə 21 işə baxıldığı halda, 2020-ci ildə cəmi 16 işə baxılıb.

Ali Məhkəməyə edilən müraciətlərdə də azalma müşahidə olunub. Bütün bu azalmalar Azərbaycanda indi də davam edən pandemiya şəraiti ilə əlaqələndirilib.

Teqlər: