2020-ci ilin iyun ayından bu il noyabrın 1-dək dövlət zəmanətli kredit və subsidiya mexanizmi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 37,9 milyon manat vəsait ödənilib.
AzerTimes xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Feysbuk hesabında paylaşım edib.