Pandemiya uşaq hüquqları ilə bağlı qlobal problemləri üzə çıxardı – Leyla Tağıyeva

Xəbər - Humay Ağacanova – Trend:

Azərbaycanda uşaqlarla bağlı beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi onlara göstərilən diqqət və qayğının nümunəsidir.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda çıxışı zamanı Regional İnkişaf İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Leyla Tağıyeva deyib.

O bildirib ki, uşaqlar üçün keyfiyyətli həyatın təmin olunmasında vacib məsələlərdən biri uşaq hüquqları sahəsində genişmiqyaslı işlərin aparılmasıdır:

“İqlim dəyişikliyi, təhsil, psixologiya, sağlamqlıdan tutmuş bir sıra digər məsələlərdə uşaqlar öz səslərini ucaldır. Uşaq hüquqlarının qlobal problem olması pandemiyada bir daha üzə çıxdı. Uşaqların təhsil, səhiyyəyə çıxış imkanlarının azalması bu istiqamətlərdə çatışmazlıqlar olduğunu göstərdi”, – L.Tağıyeva əlavə edib.


Qeyd edək ki, Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev Fondunun, “Regional İnkişaf” İctimai Birliyinin və BMT-nin Uşaq Fondunun (UNİCEF) birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumu keçirilir.

Forumda Azərbaycanın bütün şəhər və rayonlarından fəallıqları ilə seçilən, xüsusi bacarıq və qabiliyyətləri ilə fərqlənən, həmçinin Komitə tərəfindən təşkil olunan yay məktəbinin iştirakçısı olmuş, liderlik keyfiyyətlərinə məxsus 350-yə yaxın uşaq iştirak edir.

Teqlər: