Xəbər - Nərgiz Sadıxova – Trend:
COVID-19 pandemiyasının fəsadlarına baxmayaraq, 2020-ci ildə Latviya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 2,4 faiz artaraq 18,08 milyon avro təşkil edib.
Bunu AzerTimes-a Latviyanın Azərbaycandakı səfirinin müşaviri Viya Buşa deyib.
O qeyd edib ki, Azərbaycan Latviyanın vacib xarici ticarət tərəfdaşıdır. 2020-ci ildə qarşılıqlı ticarət dövriyyəsində ixrac 2019-cu illə müqayisədə 2 faiz artaraq 17,37 milyon avro, idxal 11 faiz artaraq 0,72 milyon avroya bərabər olub:
“Latviyadan Azərbaycana ixrac olunan məhsullar əsasən, qida məhsulları, tikinti materialları, ağac məmulatları, kimyəvi və əczaçılıq preparatlarıdır. COVID-19 pandemiyası yeni problemlər yaratmaqla yanaşı, yeni əməkdaşlıq imkanları da təklif etdi. Bu cür çətin zamanlarda da qida və kənd təsərrüfatı məhsullarının ixracının davam etməsini görmək sevindiricidir”.
(Tərcümə: Orxan Nəbiyev)