Pandemiya laboratoriyamın fəaliyyətini iflic etdi. Tələbələrim gələ bilmədi və araşdırmalarımız yarımçıq qaldı.
AzerTimes-ın məlumatına görə, bunu Nobel mükafatçısı Aziz Sancar UNEC-də keçirilən mətbuat konfransı zamanı deyib.
“Həm tələbələrim, həm də özüm depressiyaya düşdük.
Bura gəlməmişdən bir az əvvəl məhdudiyyətlər müəyyən qədər yumşaldıldı, amma yenə də davam edir. Gündə bir variant çıxır. Ümid edirəm ki, bu işlə məşğul olanlar xəstəliyin çarəsini tapar”, – A.Sancar deyib.