Pandemiya ilə uğurla mübarizə qiymət artımlarının qarşısını almağa kömək edəcək – ABŞ Maliyyə Nazirliyi

Bakı .AzerTimes:

ABŞ-da qiymət artımlarının qarşısını almaq üçün əsas şərt yeni koronavirus pandemiyasına qarşı uğurlu mübarizədir.

AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen CBS televiziya şirkətinin müxbirinə veriən musahibəsində bildirib.

Onun sözlərinə görə, pandemiya iqtisadiyyatdakı vəziyyəti və inflyasiya baxımından müəyyən edir:

“Düşünürəm ki, inflyasiyanı aşağı salmaq istəyiriksə, edə biləcəyimiz ən vacib şey pandemiya ilə mübarizədə uğurlara nail olmaqda davam etməkdir”.

Nazir qeyd edib ki, inflyasiyanın səbəbinin pandemiya olduğunu başa düşmək vacibdir:

“Əgər pandemiyanın öhdəsindən uğurla gəlsək, gələn ilin ikinci yarısında qiymətlərin nə vaxtsa normal səviyyəyə qayıdacağını gözləyərdim”.

Teqlər: