Bakı .Trend:
ABŞ-da qiymət artımlarının qarşısını almaq üçün əsas şərt yeni koronavirus pandemiyasına qarşı uğurlu mübarizədir.
AzerTimes-ın məlumatına görə, bu barədə ABŞ-ın maliyyə naziri Canet Yellen CBS televiziya şirkətinin müxbirinə veriən musahibəsində bildirib.
Onun sözlərinə görə, pandemiya iqtisadiyyatdakı vəziyyəti və inflyasiya baxımından müəyyən edir:
“Düşünürəm ki, inflyasiyanı aşağı salmaq istəyiriksə, edə biləcəyimiz ən vacib şey pandemiya ilə mübarizədə uğurlara nail olmaqda davam etməkdir”.
Nazir qeyd edib ki, inflyasiyanın səbəbinin pandemiya olduğunu başa düşmək vacibdir:
“Əgər pandemiyanın öhdəsindən uğurla gəlsək, gələn ilin ikinci yarısında qiymətlərin nə vaxtsa normal səviyyəyə qayıdacağını gözləyərdim”.