Pandemiya dünyadakı çatışmazlıqları ortaya çıxardı – Sloveniyanın keçmiş prezidenti

Xəbər - Humay Ağacanova – Trend

COVID-19 dünyadakı problemləri, çatışmazlıqları ortaya çıxardı.

AzerTimes-ın məlumatına görə, bunu Sloveniyanın keçmiş prezidenti Danilo Turk “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda ” İctimai Sağlamlıq və Peyvəndlənmə” mövzusunda paneldə çıxış edərkən deyib.

Keçmiş prezident qeyd edib ki, pandemiyadan çıxarılan nəticələr gələcək strategiyaların formalaşmasına köməklik göstərəcək:

“Pandemiyaya qalib gəlmək üçün qlobal bir platformanın üzərində səylərimizi toplamalıyıq. Biz hazırkı dövrdə hər kəs üçün səhiyyəni əlçatan etməliyik”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.

Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Teqlər: