Xəbər - Trend.
COVID pandemiyası dövründə İtaliya və Azərbaycan bir-birinə dost
dəstəyi göstərdi.
AzerTimes-ın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri
Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq
naziri Luici Di Maio ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, İtaliyada koronavirus yüksək həddə olanda
Azərbaycan İtaliya xəstəxanalarına yardım edib. “Azərbaycanda da bu
xəstəlik yüksək həddə olanda İtaliyadan olan mütəxəssislər ölkəmizə
gələrək dəstək göstərdi. Dostların sərgilədiyi mövqe burada da
özünü büruzə verdi”, – deyə nazir əlavə edib.