Pandemiya dövründə havanın çirklənməsi azalıb

Son 5 il ərzində Bakıda yanvar ayında havanın çirklənmə səviyyəsi ilə bağlı monitorinq aparılıb. Məlum olub ki, bu ilin yanvar ayında havanın çirklənmə səviyyəsi ötən dövrlərlə müqayisədə 30 faiz azdır.

Yenicag.az xəbər verir ki, bunu ETSN yanında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda çıxış edərkən deyib.

U.Tağıyeva bunu pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərlə izah edib: “Bakıda havanı ən çox çirkləndirən nəqliyyat vasitələridir. Bu il pandemiyanın təsiri nəticəsində çirklənmə səviyyəsi azalıb. Amma biz istərdik ki, bu, təkcə təkcə pandemiya səbəbindən baş verməsin, ümumiyyətlə havanın tərkibində çirklənmənin faizi azalsın. Pandemiya göstərdi ki, müəyyən tədbirlər görülsə, həqiqətən də biz havanın vəziyyətini yaxşılaşdıra bilərik”.

www.yenicag.az

Teqlər: