Xəbər - Elçin Mehdiyev – Trend:
Koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar 2020-ci ilin mart ayından başlayaraq turizm sektorunun əsas elementlərindən biri olan iaşə müəssiələrinin fəaliyyətində yaranmış tənəzzül hələ də davam etməkdədir.
Dövlət Statistika Komitəsindən AzerTimes-a verilən məlumata görə, cari ilin yanvar ayında ictimai iaşə dövriyyəsi 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,2 dəfə azalaraq 35,5 milyon manat olmuşdur.
Özəl sektorda ictimai iaşə dövriyyəsinin 42,8 faizi hüquqi şəxslərin, 57,2 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür. Hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin yanvar ayı ilə müqayisədə 3,1 dəfə azalaraq 14,9 milyon manat olmuşdur.