Xəbər - Elçin Mehdiyev – Trend:
Ötən il pandemiya bütün dünya iqtisadiyyatına böyük zərbə vurub. Pandemiya Azərbaycan iqtisadiyyatına da müəyyən təsir etsə də valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olmayıb.
AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə Hesablama Palatasının rəyini tədqim edən Palatanın sədri Vüqar Gülməmmədov deyib.
O qeyd edib ki, 2020-ci dövlət büdcəsi tamam fərqli büdcədir: “Həm pandemiya, həm də neft bazarlarında olan vəziyyət 2020-ci il dövlət büdcəsini əvvəlki illərin büdcələri ilə müqayisəsini mümkünsüz edir”.
V.Gülməmmədov vurğulayıb ki, 2020-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatası büdcə təsnifatının beynəlxalq Valyuta təsnifatı əsasında təkmilləşdirilməsini vacib hesab edir: “2020-ci ilin unudulmaz il olduğu danılmazdır. Qarşıda bizi daha şərəfli tarix gözləyir. Vergi və gömrük inzibatçılığı sahəsində müşahidə edilən addımların daha təkmiləşdirilməsi yaxşı olardı. Maliyyə inzibatçılığının da tətbiq edilməsini vacib sayırıq”.