Xəbər - Samir Əli – Trend:
Ötən il pandemiya ilə əlaqədar bal yarmarkasının keçirilməməsi arıçı sahibkarlara mənfi təsir edib.
AzerTimes-ın məlumatına görə, bunu bu gün Bakıda keçirilən bal yarmarkasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynov deyib.
O bildirib ki, bal yarmarkasının keçirilməməsi nəticəsində arıçılar məhsullarını satmaqda çətinlik çəkiblər: “Mövcud vəziyyəti dəyərləndirərək bu il bal yarmarkasını bərpa etdik. Bu yarmarkada hazırda 250 arıçı iştirak edir. Yarmarkada Azərbaycanın bütün iqtisadi rayonlarından arıçılar iştirak edir. Hər rayondan onlayn qeydiyyatdan keçən ilk 20 arıçıya yarmarkada yer ayrılıb”.
V.Hüseynov bildirib ki, arıçıların məhsulları 10 gün əvvəl Bakıya gətirilərək xüsusi anbarlara yığılıb və laborator analizlər götürülüb. Bu gün yarmarkaya ən keyfiyyətli məhsullar çıxarılıb.
Ümumilikdə 18 gün davam edəcək yarmarkaya 120 ton arı məhsulu çıxarılacaq”.