Yunanıstan millisinin və “Panatinaikos”un müdafiəçisi Corc Baldok vəfat edib.
AzerTimes xəbər verir ki, 31 yaşlı futbolçunun meyiti evinin hovuzunda tapılıb. Onun ölüm səbəbi ilə bağlı hələlik məlumat verilməyib.
Qeyd edək ki, İngiltərənin “Şeffild Yunayted”, “Oksford”, “Tamuort”, “Northampton”, “Milton Kins dons” və İslandiyanın “Vestmannaeyyar” klublarında oynayan Baldok Yunanıstan millisində 12 oyun keçirib. İngilis əsilli Corc Baldokun son klubu “Panatinaikos” olub.