Yapon şirkəti “Panasonic” 2020 maliyyə ilinin sonuna (31 Mart 2021-ci il tarixində bitib) amerikan “Tesla” şirkətindəki payını satıb.
Trend xəbər verir ki, bu barədə Yaponiyanın işgüzar qəzeti “Nikkei” məlumat verib.
Məlumata əsasən, əldə edilən məbləğ açıqlanmayıb, lakin onun 3,4 milyard təşkil edə biləcəyi ehtimal edilir. Səhmlərin satışının əsas səbəbi kimi “Panasonic” tərəfindən şirkətin qazancını artırmaq və digər şirkətlərə investisiya yatırmaq üçün lazımlı vəsait toplamaq göstərilir.
Xatırladaq ki, “Panasonic” 2010-cu ildə “Tesla”nın 21,8 milyon dollar dəyərində səhmini almışdır.