“Pamela” qasırğası Meksikanın Sakit okean sahillərində güclənməyə davam edir və okryabrın 13-ü ölkənin Masatlana şəhərinə çata bilər.
AzerTimes-ın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Qasırğaların Müşahidəsi üzrə Milli Mərkəzindən bildiriblər.
Məlumata əsasən, bu gün qasırğanın mərkəzi Masatlana şəhərindən təxminən 400 kilometr aralıda olub. “Pamela” saatda 20 kilometr sürətlə şimal istiqamətində irəliləyir və qasırğanın daxilində küləyin sürəti saatda 130 kiometrə çatır.
Bildirilir ki, hazırda “Pamela” birinci kateqoriyalı qasırğadır, lakin Meksika sahillərinə çatana qədər Saffir-Simpson şakalası üzrə 3 bala qədər güclənə bilər.
Daha sonra, proqnozlara əsasən, qasırğa zəifləyəcək və ABŞ-ın Texas ştatına çatacaq.