Suriya hökuməti Palmira şəhərində İŞİD terroru qurbanlarının kütləvi məzarlığını aşkar edib.
AzerTimes xəbər verir ki, bu barədə “İxbariyə” telekanalı məlumat yayıb.
“Palmiradakı tarixi amfiteatrın yanında səlahiyyətli orqanlar İŞİD yaraqlıları tərəfindən edam edilmiş mülki vətəndaşların və əsgərlərin kütləvi məzarlığını aşkar ediblər”, – deyə bildirilib.
Məlumata görə, 12 nəfərin cəsədi eksqumasiya edilib, şəxsiyyəti müəyyənləşdirildikdən sonra yaxınlarına təhvil veriləcək.