“Palmali” şirkətinin Bakıdakı mərkəzi ofisi satışa çıxarılıb.
Qız qalasının yaxınlığında yerləşən, 2005-ci ildən “Palmali” şirkətinə məxsus olan binanın müəyyən hissəsi 2016-cı ildə təmir olunduqdan sonra “Xəzər Lənkəran”ın ixtiyarına verilmişdi.
“Xəzər Lənkəran” klubunun faəliyyətini tamamilə dayandırılacağı barədə xəbərlər yayıldıqdan sonra binanın da satılacağı bildirilir.
Xatırladaq ki, daha əvvəl “Xəzər Lənkəran”ın keçmiş ofisi, Məmməd Araz küçəsində (köhnə Teymur Əliyev) yerləşən bina da “Palmali” tərəfindən satışa çıxarılmışdı. Lakin heç kim binaya 5 milyon manat ödəmədiyindən, klubun keçmiş ofisi icarəyə verildi. Hazırda həmin binada “Dünya Estetik Klinikası” fəaliyyət göstərir.